• Bakı 18° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

İsrailə qarşı koalisiya yaradılmalıdır - HƏMAS

DÜNYA

15 Sentyabr 2025 | 00:19

İsrailə qarşı koalisiya yaradılmalıdır - HƏMAS

HƏMAS hərəkatı ümid edir ki, Qətərin paytaxtı Dohada keçiriləcək Ərəb Dövlətləri Liqası və İƏT sammitində İsrailə təzyiq göstərmək üçün beynəlxalq koalisiya yaradılması qərarı qəbul olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.

"Qəzza sektorunda atəşkəsin bərpası üçün təcili tədbirlər görüləcək, həmçinin beynəlxalq alyans yaradılacaq ki, üzvləri İsrail və onun müttəfiqlərinə təzyiq göstərə bilsinlər", - məlumatda qeyd edilib.

Bildirilib ki, İsrailin Dohaya son hücumu göstərir ki, bu dövlət atəşkəs və girovları azad etmək niyyətində deyil, əksinə, Qətərin vasitəçilik missiyasına mane olmağa çalışır.


SON XƏBƏRLƏR

14 Sentyabr 2025