• Bakı 15° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Ukrayna Alyaska görüşünü qiymətləndirmək üçün məyarları açıqladı

DÜNYA

16 Avqust 2025 | 00:56

Ukrayna Alyaska görüşünü qiymətləndirmək üçün məyarları açıqladı

Ukrayna Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən görüşünün nəticələrini bir neçə meyar əsasında qiymətləndirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, ilk növbədə, Ukrayna dərhal, qeyd-şərtsiz və tam atəşkəs gözləyir. Rusiya və ABŞ həmçinin Kiyev və Avropa ilə Moskvanın veto hüququ olmadan gələcək sülh prosesinin prinsipləri barədə razılığa gəlməlidir.

"Ukrayna nümayəndələri ilə danışıqların üçtərəfli formatı baş tutmalıdır", - Podolyak yazıb.


SON XƏBƏRLƏR