Əlcəzair prezidenti Əbdülməcid Tebbun ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Algeria Press Service" məlumat yayıb.
Baş nazir Sifi Qribin rəhbərlik etdiyi kabinetə 10 yeni nazir daxildir.
Qeyd edək ki, sentyabrın 14-də Tebbun hökumət başçısı vəzifəsini icra edən Qribi baş nazir təyin edib və ona yeni kabineti formalaşdırmağı tapşırıb.