• Bakı 18° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ərdoğandan "12 Dev Adam"a təbrik: "Sizinlə fəxr edirik!" - FOTO

DÜNYA

15 Sentyabr 2025 | 00:41

Ərdoğandan 12 Dev Adama təbrik: Sizinlə fəxr edirik! - FOTO

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa çempionatında ikinci yeri tutatn kişi basketbolçuları təbrik edib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

"FIBA 2025 Avropa Basketbol Çempionatında ikinci olan kişi milli basketbol komandamızı ürəkdən təbrik edirəm. Bu tarixi uğura və son saniyəyə qədər göstərdiyiniz əzm və mübarizəyə görə sizə təşəkkür edirəm! Sizinlə fəxr edirik", - deyə Ərdoğanın sosial şəbəkədə paylaşdığı təbrikində deyilir.

Xatırladaq ki, Türkiyənin kişilərdən ibarət basketbol millisi Avropa çempionatının gümüş medalını qazanıb.

Qardaş ölkə təmsilçisi finalda Almaniyaya uduzub.

Riqada baş tutan görüş almanların 88:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Üçüncü yer uğrunda matçda Yunanıstan millisi Finlandiyanı məğlub edib. 

Murad Məmmədli


SON XƏBƏRLƏR

14 Sentyabr 2025