• Bakı 28° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Suriyada son toqquşmalar nəticəsində 356 nəfər həlak olub

DÜNYA

17 Iyul 2025 | 08:35

Suriyada son toqquşmalar nəticəsində 356 nəfər həlak olub

Suriyanın Süveyda şəhərində keçid hökumətinin qüvvələri ilə druzlaların özünümüdafiə dəstələri arasında baş verən silahlı qarşıdurmalar nəticəsində azı 356 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

    Məlumata görə, ölənlər arasında 55 mülki şəxs və 79 nəfər özünümüdafiə qüvvələrinin üzvü var. Dəməşqdən sabitliyi bərpa etmək üçün göndərilən Daxili İşlər və Müdafiə nazirliklərinin xüsusi bölmələri 189 hərbçisini itirib. Hökumətyönlü ərəb qəbilə birləşmələrinin 18 döyüşçüsü də toqquşmalarda həlak olub. Bundan əlavə, iyulun 16-da Dəməşqə endirilən İsrail aviazərbələri nəticəsində ölkənin daxili təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı da həyatını itirib.


    SON XƏBƏRLƏR