• Bakı 24° C

    12.41 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Britaniyada terrorizm ittihamı ilə üç qadın həbs edilib

DÜNYA

17 Iyul 2025 | 08:46

Britaniyada terrorizm ittihamı ilə üç qadın həbs edilib

Edinburqda üç qadın müdafiə şirkəti “Leonardo UK” tərəfindən idarə olunan fabrikin girişində avtomobili hasara vurduqdan sonra həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şotlandiya polisinin bəyanatında deyilir.

Qeyd olunub ki, 31, 34 və 42 yaşlı üç qadın Edinburqda mikroavtobusu biznes binasının xarici hasarına vurduqdan sonra 2000-ci il “Terrorizm qanunu”na əsasən saxlanılıblar.

Polis Şotlandiyanın Terrorla Mübarizə Bölməsinin araşdırma apardığı vurğulayıb: “Biz bunu məqsədyönlü hadisə kimi qiymətləndiririk. Biz ictimaiyyət üçün hər hansı təhlükənin olduğuna inanmırıq”.

Qeyd olunur ki, hadisə iyulun 15-də baş verib.

Xatırladaq ki, müdafiə şirkəti İsraili lazer yönləndirmə sistemləri ilə təmin edir.


SON XƏBƏRLƏR