Avropa futbol tarixinin ən çox qol vuran futbolçusu Kristiano Ronaldo İstanbulun “Beşiktaş” klubuna gələ bilər.
Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Əl Nəsr”in Ronaldo ilə müqavilənin yeniləməsinə dair danışıqlar gedir, lakin hələlik rəsmi məlumat alınmayıb. Əksinə, 40 yaşlı ulduzun Avropada hansısa kluba gələ biləcəyi ilə bağlı xəbərlər var.
“Ronaldonun 2021-ci ildə “Mançester Yunayted”ə qayıdışı baş məşqçi Ole Qunnar Solskyaerin rəhbərliyi altında baş tutdu. Ola bilsin, “Beşiktaş”ın hazırkı çalışdırıcısı Solskyaer Ronaldonun İstanbul nəhənginə qatılmasını istəsin”, – məlumatda bildirilib.