• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü geomaqnit qasırğası proqnozlaşdırılır

HADİSƏ

18 May 2025 | 16:00 | Müəllif: Subhan Mahmudov

Güclü geomaqnit qasırğası proqnozlaşdırılır

Günəşin cənub yarımkürəsində yerləşən böyük tac dəliyi mayın 18-də kosmik havaya və Yerin maqnit sahəsinə təsir göstərməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Astronomiya laboratoriyasının və Günəş-Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər.

Alimlər bildiriblər ki, Yer mayın 17-də dəliyin təsir zonasına daxil olmağa başlayıb. Hazırda planetimiz kifayət qədər ifrat xüsusiyyətlərə malik dəlikdən axan plazmaya tam qərq olub.

Mütəxəssislərin fikrincə, planetin yaxınlığında günəş küləyinin sürəti 700-800 km/s-ə çatır, ətrafdakı qazın temperaturu isə beş dəfədən çox artıb, yarım milyon dərəcə və daha yüksək təşkil edir.

Alimlər belə şəraitdə maqnit qasırğalarının baş vermə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026