• Bakı 29° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Hikmət Hacıyev İrana səfər etdi - YENİLƏNİB + VİDEO

SİYASƏT

18 May 2025 | 17:17 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyev İrana səfər etdi - YENİLƏNİB + VİDEO

Mayın 18-də İranın paytaxtı Tehran şəhərində Dialoq Forumu işə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

İran Prezidenti Məsud Pezeşkianın və 53 ölkədən nümayəndələrin iştirakı ilə açılışı keçirilən Dialoq Forumunda müxtəlif ölkələrin rəsmilərinin, o cümlədən nazirlərin, beyin mərkəzləri rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.

Forum mayın 19-dək davam edəcək.

 

***12:42

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

    Bildirilib ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak edir.

    Qeyd edək ki, Tehran Dialoq Forumu iki gün davam edəcək.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Sentyabr 2026