• Bakı 22° C

    12.86 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Lavrov İndoneziyanın BRİCS-ə qoşulmasını alqışlayır

SİYASƏT

17 Iyun 2025 | 16:14

Lavrov İndoneziyanın BRİCS-ə qoşulmasını alqışlayır

"Moskva İndoneziyanın BRİCS-ə tamhüquqlu üzv kimi qoşulmasını alqışlayır və beynəlxalq arenada Cakarta ilə əməkdaşlığı inkişaf etdirməyə ümid edir". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu indoneziyalı həmkarı Suqiono ilə görüşü zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Rusiya tərəfi İndoneziya ilə əməkdaşlıqdan razıdır: 

"Biz beynəlxalq arenada sıx əməkdaşlığımızdan çox şadıq. Bu, yeni sürət qazanır və yeni formalar alır. Sizin BRİCS-ə tamhüquqlu üzv kimi qoşulmağınızı alqışlayırıq. İndoneziyalı tərəfdaşlarımızın ikitərəfli, o cümlədən ticarət-iqtisadi, humanitar, eləcə də siyasət və təhlükəsizlik sahələrində milli maraqlara əsaslanan münasibətlərin inkişafına konstruktiv, substantiv yanaşmasını yüksək qiymətləndiririk. Biz bu gün bütün bu əməkdaşlıq sahələrini nəzərdən keçirəcəyik ki, öz qiymətləndirmələrimizi Rusiya və İndoneziya prezidentlərinə çatdıraq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

21 Iyun 2025