• Bakı 23° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

 Əliyevlə Berdiməhəmmədov Şuşada gülləbaran edilmiş heykəllərə baxıb - FOTO

SİYASƏT

17 Iyul 2025 | 13:32

 Əliyevlə Berdiməhəmmədov Şuşada gülləbaran edilmiş heykəllərə baxıb - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

Bakıvaxtı.az bildirir ki, işğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.


SON XƏBƏRLƏR