• Bakı 25° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Şarapova ABŞ-dəki evini satışa çıxarıb

İDMAN

17 Iyul 2025 | 14:24 | Müəllif: Əli Hüseynov

Şarapova ABŞ-dəki evini satışa çıxarıb

Rusiyalı keçmiş tennisçi Mariya Şarapova ABŞ-nin Manhetten çimərliyindəki evini 24,995 milyon dollara satışa çıxarıb.

Bakıvaxtı.az "Wall Street Journal"a istinadən xəbər verir ki, 38 yaşlı idmançı Kaliforniyadakı mülkünü Avropada daha çox vaxt keçirməyi planlaşdırdığı üçün satmaq qərarına gəlib.

Okean mənzərəsinə malik, lakin tennis kortu olmayan ev Los-Ancelesin mərkəzindən təxminən 32 km cənub-qərbdə yerləşir. Gizliliyi təmin etmək üçün malikanə yapon üslubunda abadlaşdırılıb və divarları bitkilərlə örtülüb.

Qeyd edək ki, M.Şarapova "Böyük Dəbilqə" yarışlarının beşqat qalibidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026