• Bakı 24° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

“Qalatasaray”ın futbolçusu Almaniya klubuna keçir

İDMAN

16 Avqust 2025 | 00:12

“Qalatasaray”ın futbolçusu Almaniya klubuna keçir

"Qalatasaray"ın futbolçusu Derrik Köhn Almaniyaya qayıtmağa yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, "Verder" 26 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bundesliqa təmsilçisi Köhn üçün İstanbul klubuna 5 milyon avro təklif edib. Almaniyalı sol cinah müdafiəçisinin "Verder"ə keçidinin qısa zamanda tamamlanaacağı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Derrik Köhnü 2024-cü ilin fevral ayında "Hannover"dən transfer edib. Futbolçu ötən mövsüm icarə əsasında "Verder"in formasını geyinib.


SON XƏBƏRLƏR

15 Avqust 2025