• Bakı 19° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Alonso "Real"da 16 ildən sonra bunu bacardı

İDMAN

14 Sentyabr 2025 | 20:40

Alonso Realda 16 ildən sonra bunu bacardı

"Real" Xabi Alonsonun baş məşqçi təyinatından sonra uğurlu çıxışlarını davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, Madird klubu La Liqada ilk 4 oyunun hamısında qalib gəlib.

İspaniyalı mütəxəssis "Real"da bu göstəricini təkrarlayan 5-ci baş məşqçi olub.

Ötən gecə paytaxt klubu "Real Sosyedad" üzərində 2:1 hesablı qələbə qazanıb. Daha əvvəl komanda "Malyorka" (2:1), "Oviedo" (3:0) və "Osasuna"nı (1:0) məğlub etmişdi.

"Real"da La Liqada ilk 4 oyunu qalib gələn sonuncu məşqçi 2009-cu ildə Manuel Pelleqrini olmuşdu. Həmin vaxt Alonso "Real"ın futbolçusu idi.

Daha əvvəl isə eyni uğura Xose Kirante (1929), Enrike Fernandes (1953) və Vanderley Luşemburqo (2005) imza atıb.


SON XƏBƏRLƏR