• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Ukraynalı futbolçu: "Azərbaycan millisi ilə matç bizim üçün çətin oldu"

İDMAN

14 Oktyabr 2025 | 11:10

Ukraynalı futbolçu: Azərbaycan millisi ilə matç bizim üçün çətin oldu

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyun Ukrayna yığması üçün çətin olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Aleksey Quçulyak açıqlama verib.

27 yaşlı yarımmüdafiəçi matçla bağlı təəssüratlarının yaxşı olduğunu bildirib:

"Buna baxmayaraq, bizim üçün çətin oyun oldu. Amma əsas odur ki, qələbə qazana bildik. Bu qalibiyyəti bütün ukraynanılara və əsgərlərimizə həsr edirik. Onlara görə qələbəyə nail olduq".

Qeyd edək ki, Azərbaycan millisi rəqibinə 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 30-cu dəqiqə Aleksey Quçulyak açıb.


SON XƏBƏRLƏR

13 Oktyabr 2025