• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu agentliyə yeni vəzifə həvalə olunub

SİYASƏT

14 Oktyabr 2025 | 10:27 | Müəllif: Əli Hüseynov

Bu agentliyə yeni vəzifə həvalə olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli, 2131 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə maliyyə yardımı göstərəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Maliyyə yardımı istehlak edilən elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə şamil olunacaq.

Yardımın ödənilməsi 2023-cü il yanvarın 1-dən etibarən həyata keçiriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026