• Bakı 15° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Razi Nurullayev: “Qəbiristanlıqlarımız da ölkə siyasəti kimi xaos içindədir”

SİYASƏT

13 Noyabr 2025 | 08:55

Razi Nurullayev: “Qəbiristanlıqlarımız da ölkə siyasəti kimi xaos içindədir”

Millət vəkili Razi Nurullayev sosial şəbəkə hesabında Qurban Qurbanovun Dubayda dəfn olunan iş adamı Abdolbari Gozalın məzarını ziyarət etməsi ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, deputat diqqətini çəkən bir məqama toxunaraq qeyd edib: 

“Orada hər kəsin qəbri eyni ölçüdədir – kasıbın da, varlının da. Azərbaycanda isə kasıb da, varlı da daha əzəmətli məzar üçün yarışa girib. Amma məzardan geriyə dönüş yoxdur. Sağlığında bilin insanların qədrini. Son yerimiz olan qəbiristanlıqlar da ölkə siyasəti kimi xaos içindədir,” – deyə Razi Nurullayev paylaşımında yazıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Noyabr 2025