• Bakı 14° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən azad edilib

SİYASƏT

12 Noyabr 2025 | 17:58

Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən azad edilib

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının (MR) Baş naziri vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin noyabrın 12-də keçirilən iclasında bu barədə qərar qəbul edilib.

İclasda qeyd olunub ki, C.Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğu üçün muxtar respublikanın Baş naziri vəzifəsindən azad edilməlidir.

Yekunda bununla bağlı qərar layihəsi səsə qoyularaq qəbul olunub.


SON XƏBƏRLƏR