Bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 11,2 min şəxsə 104 min reabilitasiya vasitəsi verilib.
Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 5,9 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 2 mini aşağı və yuxarı ətraf protezi, 4,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 8,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 418 korset və s. reabilitasiya vasitələri təqdim olunub.