• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

İslamabad Bəyannaməsi qəbul olunub

SİYASƏT

14 Oktyabr 2025 | 11:28

İslamabad Bəyannaməsi qəbul olunub

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, yekunda çıxış edən Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova bəyannamənin üç ölkə arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib. Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir.

Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki, parlamentlərimiz arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki, Görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalı olub.


SON XƏBƏRLƏR

13 Oktyabr 2025