Oktyabrın 13-də ölkə ərazisində ümumilikdə 29 cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 66 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 6 fakt müəyyən edilib.
Həmçinin cinayət törətməkdə şübhəli bilinən 33 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.