Bu gün Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Komissiyanın həmsədri Azərbaycan tərəfindən energetika naziri, Qazaxıstan tərəfindən isə nəqliyyat naziridir.
Xatırladaq ki, Azərbaycan ilə Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası ötən il Astanada keçirilib.