• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT rəsmisi: "Azərbaycan öz inkişafında təhsilə xüsusi diqqət ayırıb"

CƏMİYYƏT

14 Oktyabr 2025 | 11:08 | Müəllif: Əli Hüseynov

BMT rəsmisi: "Azərbaycan öz inkişafında təhsilə xüsusi diqqət ayırıb"

Azərbaycan öz inkişaf prioritetlərində təhsil sektoruna xüsusi diqqət ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin iqtisadçısı Hurşid Rüstəmov Bakıda keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın "2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, mühüm istiqamətlərdən biri rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və innovasiya mühitinin yaradılmasıdır: "Bu istiqamətdə təhsilə çıxış məsələləri əsas diqqət mərkəzindədir. Eyni zamanda, təhsilin keyfiyyətinə, xüsusilə orta və peşə təhsili səviyyəsində diqqət artırılır. Bundan əlavə, ölkədə davamlı təhsilin təşviqi və rəqəmsal bacarıqların inkişafı da xüsusi vurğulanır. Beləliklə, bu strategiya təhsil sahəsində islahatların kifayət qədər hərtərəfli istiqamətini müəyyən edir".

BMT rəsmisi əlavə edib ki, hökumət mütəmadi olaraq təhsil sektorunun inkişafına dair dövlət strategiyası qəbul edir, bunu Elm və Təhsil Nazirliyi dəstəkləyir: "Göründüyü kimi, təhsil ölkənin inkişaf səylərində ən yüksək prioritetlərdən biridir. Bu, ümumi istiqamətlərdən əlavə, bizim apardığımız təhlil göstərir ki, hökumət, xüsusilə Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu sahədə bir sıra hədəfli layihələr həyata keçirir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026