Türkiyə Patent və Ticarət Nişanı İdarəsi (TÜRKPATENT) televiziya kanalı "Now TV" ilə bağlı mühüm qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, qurumun 5 noyabr 2025-ci il tarixli qərarına əsasən, kanalın ad və loqo qeydiyyatı ləğv olunub.
Əvvəllər Fox TV kimi tanınan kanal, adını dəyişərək Now TV kimi fəaliyyətini davam etdirirdi. Lakin İstanbulda yerləşən "İstanbul Now TV" adlı başqa bir media qurumu ilə yaranan hüquqi mübahisədən sonra TÜRKPATENT-ə edilən müraciət araşdırılıb və qeydiyyat etibarsız sayılıb.
Beləliklə, Now TV artıq hazırkı adı və loqosu ilə yayımını davam etdirə bilməyəcək. Kanal qarşısında iki seçim var: ya adını dəyişmək, ya da yayımını dayandırmaq.
Bakı 




