• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

"Neftçi" və "Turan Tovuz" yeni mövsümdə ilk oyunlarını keçirəcəklər

İDMAN

16 Avqust 2025 | 09:20

Neftçi və Turan Tovuz yeni mövsümdə ilk oyunlarını keçirəcəklər

Misli Premyer Liqasının I turunda bu gün daha iki oyun keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq "Turan Tovuz" "İmişli"nin qonağı olacaq.

Qarşılaşma saat 17:00-da start götürəcək. Günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası, I tur

16 avqust (şənbə)

17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu

20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”

Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.


SON XƏBƏRLƏR

15 Avqust 2025