• Bakı 18° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Sərbəst güləşçilər dünya çempionatına 3 medalla BAŞLADI

İDMAN

15 Sentyabr 2025 | 00:43

Sərbəst güləşçilər dünya çempionatına 3 medalla BAŞLADI

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

Nürəddin Novruzov (61 kq) təsəlliverici görüşlərdə ekvadorlu Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kum Kimə heç bir şans tanımayıb. Rəqibini "tuş"la üstələyən həmyerlimiz dünya üçüncüsü olub.

Arseniy Djioyev (86 kq) təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim Maqamadova 7:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Günün son qarşılaşmasında Giorgi Meşvildişvili (125 kq) iranlı Amir Zareylə qarşılaşıb. Təmsilçimiz titullu rəqibinə 0:5 hesabıyla məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, hər 3 güləşçimiz ilk dəfə böyüklər arasında dünya çempionatında medal qazanıb.


SON XƏBƏRLƏR

14 Sentyabr 2025