• Bakı 21° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

DÇ: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq

İDMAN

15 Sentyabr 2025 | 09:01

DÇ: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq

Azərbaycanın daha üç güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq. 

Bakıvaxtı.az-ın məlumatına görə, qadınlardan Günay Qurbanova (59 kq), sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97 kq) xalça üzərinə çıxacaqlar. 

Bundan əlavə, bu gün digər iki sərbəst güləşçi medal qazana bilər. Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Cəbrayıl Hacıyev (79 kq) isə təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc medal əldə ediblər. Mundial sentyabrın 21-də başa çatacaq.


SON XƏBƏRLƏR

14 Sentyabr 2025