• Bakı 19° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

DİQQƏT! Bu kəndlərdə işıq OLMAYACAQ

CƏMİYYƏT

14 Sentyabr 2025 | 16:16

DİQQƏT! Bu kəndlərdə işıq OLMAYACAQ

Babək rayonunun Cəhri qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr olacaq

"Azərişıq" ASC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, 15-19 sentyabrda rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq.

Bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək.

Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək.

Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişi arabir dayandırılacaq.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025