• Bakı 19° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI

HADİSƏ

14 Sentyabr 2025 | 17:01

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulmuşdur. 

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanmışdır.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025