• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI - YENİLƏNİB

HADİSƏ

14 Sentyabr 2025 | 22:56 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI - YENİLƏNİB

Sentyabrın 14-də, saat 14:20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd olunub ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

 

***17:36

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız uşağı dölü aşkarlanıb.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Döl aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026