• Bakı 19° C

    8.04 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Prezident Sos sakininin evində oldu - FOTOLAR

CƏMİYYƏT

14 Sentyabr 2025 | 15:15

Prezident Sos sakininin evində oldu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verildi.

Qeyd edək ki, Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.

Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.

İndiyədək 10 ailə (46 nəfər) kəndə qayıdıb.

Prezident İlham Əliyev kəndə köçmüş Hamlet Gülməmmədovun evində oldu.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025