• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ramon hava limanı bağlandı - SƏBƏB

DÜNYA

15 Sentyabr 2025 | 09:30 | Müəllif: Əli Hüseynov

Ramon hava limanı bağlandı - SƏBƏB

İsrail Yəməndən buraxılan PUA-nın hücumu səbəbindən ölkənin cənubundakı Ramon hava limanını növbəti xəbərdarlığa qədər uçuşlara bağlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, pilotsuz təyyarə Beer Ora bölgəsinə sızıb, siqnallar təhlükəsizlik məqsədilə işə salınıb.

Daha sonra hücumun qarşısının alındığı bildirilib.

Qeyd edək ki, sentyabrın 7-də Ramon hava limanına edilən oxşar hücumda bir nəfər yüngül xəsarət almışdı.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026