"Doha üçün risklərinə baxmayaraq, Qətərin Qəzzada atəşkəslə bağlı vasitəçilik səylərini yüksək qiymətləndirik".
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bunu Qətərin "Əl-Cəzirə" və "Qatar TV" telekanallarına müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, Qətər istənilən riski götürərək öz səylərini davam etdirir:
"Biz Qətərin Qəzzada atəşkəslə bağlı vasitəçilik səylərini son dərəcə dəyərli hesab edirik. Biz bunu əvvəldən dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bu, çox mühüm və dəyərli təşəbbüslərdir. Son insidentdən sonra İsrailin Dohada radikal Fələstin HƏMAS hərəkatının nümayəndələrinə zərbə endirməsi ilə bağlı Qətərin emosional davranmamasını və gələcəkdə vasitəçilik etməyə hazır olduğunu açıq şəkildə bildirməsini yüksək qiymətləndirirəm. Bu, təqdirəlayiqdir".
Gülşən Şərif