Türkiyənin "Qalatasaray" klubu braziliyalı qapıçı Edersonu heyətinə qatmaq üçün İngiltərə təmsilçisi "Mançester Siti"yə rəsmi təklif göndərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Sarı-qırmızılar" 31 yaşlı qolkiper üçün 10 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, təcrübəli oyunçu 2017-ci ildən "şəhərlilər"in formasını geyinir.