Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" daha bir futbolçu transferini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
"Sarı-göylər" Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fildişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, oyunçu son olaraq Belarusun BATE klubunda çıxış edib.