• Bakı 23° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Sabah 41 dərəcə isti olacaq, bəzi yerlərə leysan yağacaq

CƏMİYYƏT

17 Iyul 2025 | 12:22

Sabah 41 dərəcə isti olacaq, bəzi yerlərə leysan yağacaq

İyulun 18-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.


    SON XƏBƏRLƏR