• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ağdaşda 17 yaşlı gənc kanalda batıb - YENİLƏNİB+FOTO

HADİSƏ

17 Iyul 2025 | 12:35 | Müəllif: Subhan Mahmudov

Ağdaşda 17 yaşlı gənc kanalda batıb - YENİLƏNİB+FOTO

İyulun 16-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

12:03

Ağdaşda Yuxarı Şirvan kanalında batan yeniyetmənin meyiti tapılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, dünən kanalda batan 2008-ci il təvəllüdlü Dəniz Süleymanlının meyiti tapılaraq aidiyyətı üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    16.07.2025, 18:54

    Ağdaşda 17 yaşlı gənc - Süleymanlı Dəniz Nəsib oğlu Yuxarı Şirvan kanalında boğulub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə həmin şəxs kanalda çimərkən baş verib.

    Hazırda onun sudan çıxarılması istiqamətində işlər görülür./Report


    Ağdaşda 17 yaşlı gənc kanalda batıb - YENİLƏNİB+FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Sentyabr 2026