Bu il ADA-ya dövlət sifarişli yerlərin sayı və siyahısı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə universitetdə dövlət sifarişli yerlərlə bağlı məlumat sessiyasında bildirilib.
Vurğulanıb ki, dövlət sifarişli yerlər l və ll ixtisas qrupları üzrə ayrılıb. Ümumilikdə 6 ixtisas üzrə qəbul aparılacaq.
Belə ki, I qrup üzrə Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, İnformasiya texnologiyaları ixtisaslarının hər birinə 30 yer, ll qrup üzrə isə Maliyyə, İqtisadiyyat ixtisaslarının hər birinə 30 yer ayrılıb.
Qeyd edilib ki, dövlət sifarişli yerlərin sayı və ixtisasların siyahısı gələcəkdə artırılacaq.