• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlanıb

HADİSƏ

17 Iyul 2025 | 17:42

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlanıb

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən apa-nın sorğusuna cavab olaraq verilən məlumata əsasən, iyulun 16-da saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Pasiyent əməliyyat edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.


SON XƏBƏRLƏR