• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

DİQQƏT! Sabah Bakının bu ərazisində qaz OLMAYACAQ

CƏMİYYƏT

17 Iyul 2025 | 19:35 | Müəllif: Subhan Mahmudov

DİQQƏT! Sabah Bakının bu ərazisində qaz OLMAYACAQ

“Qum adası-Bayramzadə İEM” magistral qaz kəmərində, “Bahar” QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 18.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026