• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

“Liverpul” Almaniya klubunun hücumçusu ilə razılığa gəlib

İDMAN

17 Iyul 2025 | 14:39

“Liverpul” Almaniya klubunun hücumçusu ilə razılığa gəlib

İngiltərənin “Liverpul” klubu “Ayntraxt"ın (Almaniya) hücumçusu Uqo Ekitike ilə razılığa gəlib.

Bakıvaxtı.az "RMC Sport"a istinadən xəbər verir ki, tərəflər 6 illik müqavilə bağlayacaq.

Yalnız "Liverpul"da oynamaq istədiyi bildirilən 23 yaşlı futbolçunun İngiltərənin digər klubları "Mançester Yunayted" və "Nyukasl"dan gələn təklifləri rədd etdiyi bildirilir. Daha əvvəl Almaniya təmsilçinin futbolçu üçün 100 milyon avro tələb etdiyi deyilirdi.

Qeyd edək ki, fransalı ön xətt oyunçusu Bundesliqa klubunda meydana çıxdığı 64 oyunda 26 qola, 14 məhsuldar ötürməyə imza atıb.


SON XƏBƏRLƏR