• Bakı 23° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Bu şəxslərə Həsən bəy Zərdabi mükafatı verildi - SİYAHI

MEDİA

17 Iyul 2025 | 16:37

Bu şəxslərə Həsən bəy Zərdabi mükafatı verildi - SİYAHI

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) katibliyi 2025-ci il üzrə Həsən bəy Zərdabi mükafatına layiq görülən jurnalistlərin adlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mükafatlar mətbuat, televiziya, radio və elektron mediada peşəkarlığı ilə seçilən qələm sahiblərinə təqdim olunub.

AZTV-nin əməkdaşı, idman jurnalisti Aydın Əliyev Azərbaycan idmanının təbliğinə verdiyi töhfəyə görə, Vüqar Abbasov (Niderland Krallığı) Azərbaycanın beynəlxalq tanıdılması istiqamətindəki məqalələrinə görə, CBC kanalından Oksana Vəliyeva müəllif proqramlarına görə, Qafqaz.TV-dən Eltən Qədimbəyli region televiziya mediasına verdiyi dəstəyə görə mükafatlandırılıb.

Kriminal mövzuda yazılarına görə Ramella İbrahimxəlilova, ölkə elminin təbliğində fəaliyyətinə görə Nərgiz Qəhrəmanova (AMEA), hərbi reportajlarına görə Seymur Kazımov, “Gizlədilmiş tarix” silsiləsinə görə Ramilə Qurbanlı da Zərdabi mükafatına layiq görülənlər sırasındadır.

Həmçinin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətinə görə Zeynəb Kazımova (Enerji Məsələlərini Tənzimləmə Agentliyi), vətənpərvərlik və tarixi mövzularda layihələrinə görə Cəmilə Çebotaryova (Yeni Çağ Media Qrupu), publisistikasına görə Fuad Biləsuvarlı, diaspor şəxsiyyətlərinin varisləri ilə müsahibələrinə görə Hafiz Əhmədov, uzun illər mətbuata verdiyi töhfələrə görə Mətin Məcidli (Səhiyyə Nazirliyi) və ictimai-siyasi məqalələrinə görə Vasif Həsənli (Demokrat.az), vətənpərvərlik mövzusuna görə isə Nəzakət Əhmadova da mükafata layiq görülənlər sırasındadır. 

Əli Hüseynov


SON XƏBƏRLƏR