• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

RTV 2 yaşında

MEDİA

02 Avqust 2025 | 12:18

RTV 2 yaşında

"Rekord" TV-nin (RTV) 2 yaşı tamam olub.

Bakıvaxtı.az xatırladır ki, RTV 2023-cü il avqustun 1-dən fəaliyyətə başlayıb.

Yaşı az olsa da, addımları qətiyyətli, hədəfləri böyükdür.

Rəqabətin sərt, alternativlərin çox, izləyicinin tələbkar olduğu bir dövrdə fərqlənmək, tanınmaq çox çətindir. Peşəkar teleməkanda, nəhəng youtub kanalları arasında adının olması, seyrçinin sənə güvənməsi, səni seçməsi üçün illərlə yol gəlib zərrə-zərrə etimad, etibar qazanmalısan. RTV əməkdaşları da bunun asan olmadığını bilir.

Necə deyərlər, bu yolun "gülü"nə də, "tikanı"na da hazırdırlar. Məqsəd adı doğrultmaqdır  - rekord qırmaqdır. 

Bakıvaxtı.az olaraq RTV əməkdaşlarını kanalın fəaliyyətə başlamasını 2 illiyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.


SON XƏBƏRLƏR

01 Avqust 2025