• Bakı 32° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Jurnalistikaya qəbulda qabiliyyət imtahanı ləğv olunmalıdır? - RƏY

MEDİA

06 Avqust 2025 | 11:54

Jurnalistikaya qəbulda qabiliyyət imtahanı ləğv olunmalıdır? - RƏY

Jurnalistikaya qəbul zamanı tətbiq edilən qabiliyyət imtahanı yenidən müzakirə mövzusuna çevrilib.

Qəbul kampaniyasının bu mərhələsində abituriyentlər və valideynlər arasında çaşqınlıq, narahatlıq və narazılıq hiss olunur.

Məsələ ilə bağlı tanınmış jurnalist və media eksperti  Qulu Məhərrəmli Bakıvaxtı.az-a öz mövqeyini bildirib.

O, qeyd edib ki, bəzi insanlar qabiliyyət imtahanını müdafiə etsələr də, əslində bu prosedur jurnalistika təhsili üçün nə zəruri, nə də məqsədəuyğundur:

“Jurnalistika ədəbi yaradıcılıq və ya xüsusi qabiliyyət (musiqi, rəssamlıq, aktyorluq və s.) tələb edən sahə deyil. Burada yaxşı kadr hazırlamaq üçün əsas məsələ jurnalistika tədrisini daha da yaxşılaşdırmaqdır. Qabiliyyət imtahanı isə nəinki faydalı deyil, əksinə, əlavə əngəl yaradır”.

Qulu Məhərrəmlinin fikrincə, bu imtahan həm Dövlət İmtahan Mərkəzi üçün əlavə yük, həm də abituriyentlər və onların valideynləri üçün vaxt itkisi və gərəksiz stress mənbəyidir:

“Hazırda bu yamaq imtahan DİM üçün əlavə qayğı, abituriyentlər və onların valideynləri üçün isə vaxt itkisi və yersiz həyəcandır. Ona görə də tezliklə ləğv olunmalıdır ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin”.

Media eksperti bu çağırışı ilə jurnalistika fakültəsinə qəbul prosesində daha obyektiv və effektiv yanaşmanın tətbiqinə ehtiyac olduğunu vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Avqust 2025