• Bakı 23° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Goranboyda avtomobil aşıb, ölən var - YENİLƏNİB

HADİSƏ

17 Iyul 2025 | 14:59

Goranboyda avtomobil aşıb, ölən var - YENİLƏNİB

İyulun 17-də saat 12:00 radələrində 2 azyaşlı şəxs (biri kişi və digəri qadın cinsi olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az bildirir ki, TƏBİB-dən apa-ya verilən məlumata görə, daxil olan xəstələrin birində beyin əsasının sınığı, sol alın payında hematoma və gicgah sümüyünün sınığı diaqnozu təyin olunub, vəziyyəti ağır qiymətləndirilir. Digər şəxsin yüngül xəsarətlərlə tibb müəssisəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

***

13:05

Goranboy rayon ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfərin öldüyü bildirilir.

Hadisə yerinə təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR