• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Bakıda psixoloq estetik əməliyyatdan sonra ÖLDÜ - FOTO

HADİSƏ

16 Avqust 2025 | 11:16

Bakıda psixoloq estetik əməliyyatdan sonra ÖLDÜ - FOTO

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Teleqraf”a onun yaxınları məlumat verib.

Bildirilib ki, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi - red.) və psixoloq Nilufər Abdulla “Etalon” hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.

1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Qeyd edək ki, liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdominoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər.


SON XƏBƏRLƏR

15 Avqust 2025