• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ağdamda 9 milyon manata yeni məhəllə SALINACAQ

İQTİSADİYYAT

17 Iyul 2025 | 20:14 | Müəllif: Subhan Mahmudov

Ağdamda 9 milyon manata yeni məhəllə SALINACAQ

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-135 üzrə binaların tikintisinə 9 milyon 160 min 52 manat vəsait ayırıb.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, tikinti işləri "As-Təmir Tikinti" MMC-yə həvalə olunub.

Müvafiq işlərin görülməsinə bu gündən başlanılıb, gələn ilin sentyabrına qədər bitməyi planlaşdırılır.

Qeyd edək ki, 100 manat nizamnamə kapitalı "As-Təmir Tikinti" MMC-nin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur. Şirkət Gəncə Aliminium zavodunun, Ələt layihəsinin, Göl Park yaşayış layihəsinin, Xanoba Gömrük Keçid məntəqəsi layihələrinin icrasını həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026