• Bakı 24° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Gəncədə 7 yaşlı uşaq karuseldən yıxılaraq xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

17 Iyul 2025 | 13:21

Gəncədə 7 yaşlı uşaq karuseldən yıxılaraq xəsarət alıb - YENİLƏNİB

İyulun 17-də saat 01:50 radələrində 2018-ci il şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, ona baş-beyinin silkələnməsi diaqnozu təyin olunub: "Vəziyyəti orta ağır olan azyaşlının müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir".

***

11:33

Gəncə şəhərində 7 yaşlı qız karuseldən yıxılaraq xəsarət alıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Bayraq Meydanında qeydə alınıb. Şəhər sakini olan 2018-ci il təvəllüldü A.Əliyeva ərazidə karuseldən yıxılıb. Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR