• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yevlaxın bir hissəsində qaz kəsilib

CƏMİYYƏT

17 Iyul 2025 | 11:46 | Müəllif: Əli Hüseynov

Yevlaxın bir hissəsində qaz kəsilib

Yevlax şəhərinin bir hissəsində - 77 sənaye müəssisəsində, İravanlı yaşayış massivində, 31-ci və 32-ci məhəllələrdə, 32-ci məhəllənin ətrafındakı yeni yaşayış massivində yaşayan abonentlərin mavi yanacaqla təchizatı dayandırılıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi diametri 1220 mm-lik "Qazıməmməd-Qazax II xətt" yüksək təzyiqli magistral qaz kəməri ilə "Yevlax-1 QPS qol qaz kəməri"nin əlaqələndirilməsi üçün çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri görür.

İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026