Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Səbinə Salmanova vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Urud kəndində anadan olub. O, 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib.
2000-ci ildən etibarən Eksperimental psixologiya ETL-də böyük laborant vəzifəsində çalışıb. 2011-ci ildən Psixologiya kafedrasının “Ümumi psixologiya” ixtisası üzrə doktorantı olub, 2023-cü ildən isə saathesabı müəllim kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
Əli Hüseynov